Bank Of Baku

Əli Kərimli yenidən AXCP sədri seçilib

Əli Kərimli yenidən AXCP sədri seçilib
# 25 sentyabr 2010 14:26 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Əli Kərimli yenidən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri seçilib.

APA-nın xəbərinə görə, bu barədə qərar AXCP-nin V (VIII) qurultayında qəbul olunub.

Ə.Kərimliyə alternativ namizəd irəli sürülmədiyindən, onun namizədliyi açıq səsverməyə çıxarılıb. Ə.Kərimlinin əleyhinə səs verən və ya bitərəf qalan olmayıb.

Bundan əlavə, qurultayda Ali Məclisin yeni tərkibi təsdiqlənib və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçki keçirilib.

AXCP-nin V (VIII) qurultayı yekunlaşmaq üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR