Bank Of Baku

Tomas Markert: “Ümid edirik ki, parlament seçkiləri Avropa standartlarına uyğun keçiriləcək”

Tomas Markert: “Ümid edirik ki, parlament seçkiləri Avropa standartlarına uyğun keçiriləcək”
# 25 sentyabr 2010 16:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “İndiki mərhələdə qanunvericiliyə dəyişikliklərlə bağlı hansısa tövsiyələr vermək üçün düzgün zaman deyil”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markert deyib.

T.Markert bildirib ki, hazırkı seçki qanunvericiliyi düzgün tətbiq etməklə ədalətli və azad seçkilər keçirmək mümkündür: “Parlament seçkiləri başa çatdıqdan sonra Azərbaycanda ölkə səviyyəsində keçiriləcək digər seçkinin keçirilməsinə kifayət qədər vaxt olacaq. Bu müddət ərzində seçki qanunvericiliyini yenidən nəzərdən keçirməyə imkan yaranacaq. Bu müddətdə Azərbaycanın hazırkı seçki qanununu həm Venesiya Komissiyasının əvvəllər verdiyi tövsiyələrə müvafiq olaraq, həm də əldə edilmiş təcrübə əsasında təhlil etmək üçün imkan olacaq”.

Onun sözlərinə görə, hansısa problemlər seçkilərin ədalətli keçirilməsinə mane ola bilməz: “Ümid edirik ki, parlament seçkiləri Avropa standartlarına uyğun keçiriləcək”.

T.Markert vətəndaşların sərbəst toplaşması ilə bağlı məsələyə də öz münasibətini bildirib: “Sərbəst toplaşma azadlığı haqqında” qanunun tətbiqində müəyyən işlərin görülməsinə ehtiyac var. Təəssüf ki, indiyə kimi bu qanunun tətbiqi qanununj özü qədər yaxşı olmayıb”.

O, Venesiya Komissiyasının iki həftədən sonra seçki ilə bağlı yeni təlim təşkil edəcəyini də qeyd edib: “Bu məsələ Strasburqda müzakirə olunduqdan sonra qərar veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR