AMİP sədri Yusif Bağırzadə: “Mənim üçün həmişə dövlətçiliyimizin qorunması önəmli olub” - MÜSAHİBƏ
- Seçkilərə təkbaşına qatılmağımızın əsas səbəb partiyanın gücünün göstəricisidir. Bildiyiniz kimi ölkədə yaranan ilk siyasi təşkilat kimi AMİP keçirilən bütün seçkilərdə fəal iştirak edib və zəngin təcrübə qazanıb. Partiyanın bloklardan və ittifaqlarda kənarda durmasının başqa səbəbləri də var. 2003-cü ildə keçirilən prezident seçkilərində AMİP AXCP ilə birlikdə “Qələbə” adlı seçki bloku yaratmasına baxmayaraq, müttəfiqimiz bizə real dəstək göstərmədi. Hətta, AXCP sədri Əli Kərimli seçkinin nəticələrini gözləmədən başqa blokun namizədini, konkret olaraq İsa Qəmbərin qalib gəldiyini elan etdi və onu dəstəklədi. Təbii ki, bu kimi halların baş verməsi AMİP-də birmənalı qarşılanmadı və bizi bloklara və birliklərə ehtiyatlı davranmağımıza rəvac verir. İkincisi, bloklar yaranan zaman ideoloji baxışları, prinsipləri və mövqeləri, bir kənara qoyaraq, şəxsi mənafelərin, yaxud da partiya maraqlarının əsas götürülməsi uğurlu nəticə vermir. Buna görə də biz bu seçki marafonunda təkbaşına iştirakımıza qərar verdik.
- Gələcək parlamenti necə görmək istərdiniz?
- Yeni formalaşdırılacaq parlamentdən gözləntilərim çoxdur. Öncə parlament büdcəyə nəzarət və qanunların işləmə mexanizmi təkmilləşdirilməlidir. Yəni parlament qəbul olunan qanunların icrasını diqqətdə saxlamalıdır. Həmçinin parlamentdə təmsil olunan müxalifət nümayəndələrinin ali qanunverici orqanın rəhbərliyində iştirakı təmin olunmalıdır. Hesab edirəm ki, parlament sədrinin müavini və ya komitə sədrləri səviyyəsində müxalifət nümayəndələrinin təmsilçiliyi normal qarşılanmalıdır. Bu effektli modeldir. Elə uzağa getməyək, qonşu Rusiyada bu modeldən istifadə olunur.
- Bu il keçiriləcək parlament seçkilərində iştirak edən siyasi partiyalar artıq məlumdur. Ötən dövrlərdə siyasi fəallıq göstərməyə çalışan bəzi partiyalar, o cümlədən Rəsul Quliyevin liderlik etdiyi ACP siyasi meydanlarda nədəncə görünmədi...
- Həmin partiya indi deyil, çoxdandır ki, siyasi proseslərdə yoxdur. ACP-nin seçkilərdə iştirak etməməsi bu partiyanın artıq sıradan çıxması deməkdir. İkincisi də, mən Rəsul Quliyevi səriştəsiz və cəsarətsiz şəxs hesab edirəm. Onun bütün iqtisadi və siyasi proqnozları tamamilə fiaskoya uğradı. Xatırlayırsınızsa, Rəsul Quliyev Bakı-Tiflis-Ceyhan neft boru xəttinin işləməyəcəyi və bu proyektin qeyri-rentabelliyi haqqında proqnozlar verirdi. Amma fakt odur ki, bu proyekt uğurla həyata keçirildi və Azərbaycanın iqtisadi inkişafına böyük təsir göstərdi. Bununla yanaşı BTC-nin istifadəsindən gələn gəlirlər dövlət büdcəsinin əsas hissəsini təşkil etməkdədir. Rəsul Quliyevin Azərbaycana qayıdıb siyasi fəaliyyət göstərəcəyini və seçkilərdə iştirak edəcəyini deməsini dəfələrlə eşitməyimizə baxmayaraq, o, dediklərinin heç birinin üzərində dura bilmədi. Yaratdığı partiyasının da nə yeri-yurdu var, nə də sədri. Bir partiyanın idarə edə bilməyən şəxsin Azərbaycanı idarə etmək fikrinə düşməsi qeyri-ciddi səslənir.
- MSK-da müxalifət nümayəndəsi olmanıza baxmayaraq 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərinin yekun nəticələrini cəsarətli addım ataraq imzaladınız. Digər düşərgənin təzyiqlərinə və qınaq hədəfinə çevriləcəyinizi bilə-bilə nədən belə bir addım atdınız?
- 2003-cü ilin prezident seçkilərinə imza atmağıma mövcud qanunvericilik imkan verirdi və mən qanunu əsas götürərək belə bir cəsarətli addım atdım. Faktiki olaraq İlham Əliyev prezident seçkilərində qalib gəlmişdi. Həqiqətən də, bu imzaya görə mən müxalifət düşərgəsindən davamlı pressinq və təzyiqlərə, hətta, böhtanlara məruz qaldım. Baxmayaraq təkcə müxalifət düşərgəsindən deyil, hakimiyyətdə olan bəzi yüksək rütbəli məmurlar belə İ. Əliyevin qalib gəlməsinə şübhəli yanaşaraq, ona qarsı çıxsalar da, qanunun aliliyinə söykənərək yekun protokolu imzaladım. Bu təkcə hüquqi baxımdan deyil, mənəvi və psixoloji tərəfdən də cəsarətli addım idi. Mənim üçün həmişə dövlətçiliyimizin qorunması önəmli olub. Düşünürəm ki, hakimiyyət qollarının legitimləşdirilməsi dövlətimizin daha da möhkəmlənməsinə və hakimiyyət qollarına cəmiyyətdə olan inamın artmasına gətirib çıxarar.
Onu da deyim ki, 1998-ci ilin prezident seçkilərindən fərqli olaraq, 2003-cü ilin seçkilərində özünü qalib elan etmiş Müsavat başqanı İsa Qəmbərin əlində bunu təsdiq edəcək heç bir sənəd və protokol yox idi. Heç nə ilə də sübut etmək mümkün deyildi ki, həqiqətən də o, lazımi miqdarda səs alıb. Digər tərəfdən, səsvermə prosesi sona çatmamış İsa Qəmbərin tərəfdarlarının iğtişaş törətməsi və sonrakı proseslər göstərdi ki, doğru addım atmışam. İsa Qəmbərin faktiki olaraq öz tərəfdarlarını meydanda tək qoyaraq, 1990-cı il yanvar hadisələrindəki kimi evinə qapanaraq, siyasi proseslərdən kənarda qalması, insanları zərbə altında qoyması, təhrikçiliyi bir daha təsdiq etdi ki, mənim seçkinin yekun nəticələrinə yanaşmam düzgün idi və buna görə də peşman deyiləm.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir
Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb
ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
UEFA Avropa Liqası: “Beşiktaş” böyük hesablı qələbə qazanıb
Makron Fransada yanacağın qiymətlərini dözülməz adlandırıb
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün viza verib
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq