Bank Of Baku

“Qarabağ” bloku və “Parlament - 2010” koalisiyasının rəhbərliyi arasında görüş keçirilib

“Qarabağ” bloku və “Parlament - 2010” koalisiyasının rəhbərliyi arasında görüş keçirilib
# 27 sentyabr 2010 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Qarabağ” seçki blokunun və “Parlament - 2010” seçki monitorinqi koalisiyasının rəhbərliyi arasında görüş keçirilib. Koalisiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə blokda təmsil olunan Ümid Partiyasının sədri İqbal Ağazadə, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli və “Parlament - 2010” seçki monitorinqi koalisiyası”nın təmsilçisi Aydın Kərimov iştirak edib.

A. Kərimov seçki blokunun rəhbərliyini koalisiyanın məqsədləri haqqında məlumatlandırıb. Hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, əməkdaşlığın formalarını müzakirə edib və müntəzəm informasiya mübadiləsi aparmaq razılığına gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR