“Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi..” adlı kitabın təqdimatı keçiriləcək
APA-nın məlumatına görə, kitabda türk dünyasının böyük ictimai-siyasi xadimlərindən biri, Quzey Kıprıs Türklərinin lideri, KKTC-nin ilk prezidenti Rauf Denktaşın uşaqlıq və gənclik illəri, onun ada türklərinin haqları uğurunda XX yüzilin ortalarından etibarən başladığı mübarizə, siyasi-diplomatik çalışmaları, Barış hərəkatı ilə bağlı fikirləri, xatirələri, KKTC-nin dünəni, bugünü və sabahına yönəlik düşüncələri, Türk Dünyası dəyərləndirmələri ilə bağlı maraqlı bilgilər toplanıb və bu bilgilər vahid sujet xətti üzrə kitablaşdırılıb.
Q. Paşayeva peşəkar jurnalistlik fəaliyyəti dövründə dəfələrlə Kıprıs adasında olub, bu səfərlər çərçivəsində bir neçə dəfə Rauf Denktaşla görüşüb, ondan geniş müsahibələr götürüb, proqramlar, verlişlər hazırlayıb. Bu kitab nəşrə hazırlanarkən, həmin müsahibələr, proqramlar və verlişlərin ( kitaba həmçinin həmin müsahibələrin indiyədək yayımlanmayan hissələri də daxildir) mətnindən, habelə Rauf Denktaşın xanım Paşayevaya bağışladığı kitablardan istifadə edilib.
“Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi...” kitabı cənab Denktaşın “Kıbrıs. Elli yılın hikayesi” adlı kitabının strukturuna uyğun tərtib edilib.
Tətibçi-müəllifi millət vəkili Qənirə Paşayeva olan bu kitabın baş məsləhətçisi Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğlu, redaktoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalıdır.
Təqdimat mərasimində Rauf Denktaşın oğlu, Demokrat Partiyasının lideri, KKTC-nin keçmiş Xarici İşlər Naziri Sərdar Denktaş, Türkiyədən və Azərbaycandan olan millət vəkilləri, dipolomatik korpusun nümayəndələri ,ictimai-siyasi və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak edəcəklər.
«Rauf Denktaş:həyatı, mübarizəsi, arzusu, ümidi…» kitabı millət vəkili Qənirə Paşayevanın həyata keçirdiyi “Türk Dünyasını tanıyaq və tanıdaq” layihəsi çərçivəsində hazırlanıb. Bu layihədə məqsəd Türk Dünyasının müxtəlif bölgələrini, tarixini, bu gününü, böyük liderlərini və dahi şəxsiyyətlərini Azərbaycan gəncliyinə, eyni zamanda Azərbaycanın dahi şəxsiyyətlərini, liderlərini də Türk Dünyası başda olmaqla dünyada daha geniş tanıtmaq işinə dəstək göstərməkdir. Layihə çərçivəsində millət vəkilinin Türk Dünyasının böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev haqqında, eyni zamanda bütün dünyada məhşur olan dahi şəxsiyyətlərimiz Nəsrəddin Tusi, Şəhriyar, Lütfi Zadə, Tahir Salahov haqqında, Türk və Müsəlman qadınlarını dünyada ən yüksək səviyyədə təmsil edən və fəaliyyəti ilə hər yerdə böyük rəğbət qazanan Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında və bir sıra böyük şəxsiyyətlər haqqında geniş yazıları Azərbaycanla yanaşı Türkiyə Türkcəsində, rus və ingilis dillərində dünyanın bir sıra ölkələrinin KİV-də, məhşur jurnallarında çap edilib.
Xatırladaq ki, bu layihə çərçivəsində ilin sonunda millət vəkili Qənirə Paşayevanın Azərbaycan xalqının və bütün Türk dünyasının Böyük Liderlərindən olan, Azərbaycanın ümumimilli lideri Heydər Əliyev haqqında tərtib etdiyi kitabının Türkiyə Türkcəsində Türkiyənin müxtəlif bölgələrində və Kıprısda təqdimatı keçiriləcək. Kitabda özünün jurnalistlik fəaliyyəti dövründə prezident Heydər Əliyevi bir çox səfərlərdə müşayiət edən Qənirə Paşayevanın Azərbaycanın ümumimilli lideri ilə bağlı indiyədək işıq üzü görməyən çox maraqlı xatirələri də yer alacaq.
Gələn ilin əvvəlində isə layihə çərçivəsində millət vəkilinin Türk dünyasının böyük liderlərindən biri ATATÜRK haqqında yazdığı və çap olunmuş məqalələri kitab halında işıq üzü görəcək.
Qeyd edək ki, indiyədək “Türk Dünyasını tanıyaq və tanıdaq” layihəsi çərçivəsində millət vəkili Qənirə Paşayevanın Anadoluda İlk Türk paytaxtı-İznik və Osmanlı İmperiyasının ilk paytaxtı Bursa haqqında geniş yazıları və Quzey Kıprıs Türkləri kitabı da Azərbaycan oxucusunun ixtiyarına verilib.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir
Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb
ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
UEFA Avropa Liqası: “Beşiktaş” böyük hesablı qələbə qazanıb
Makron Fransada yanacağın qiymətlərini dözülməz adlandırıb
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün viza verib
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq