Bank Of Baku

Arif Hacılı: “AXCP ilə birləşmək məsələsi Müsavat Partiyasının heç bir strukturunda müzakirə olunmayıb”

Arif Hacılı: “AXCP ilə birləşmək məsələsi Müsavat Partiyasının heç bir strukturunda müzakirə olunmayıb”
# 27 sentyabr 2010 16:30 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, Müsavat Partiyasında AXCP ilə birləşmək mövzusu parlament seçkilərindən sonra müzakirə olunacaq: “Əgər Müsavatın dekabr ayına nəzərdə tutulmuş qurultayına qədər müsbət qərarlar olsa, bu məsələ qurultayın gündəliyinə salına bilər. Ancaq hələlik Müsavat Partiyasının heç bir strukturunda AXCP ilə birləşmək məsələsi müzakirə olunmayıb”.

Bununla yanaşı, A. Hacılı AXCP-nin V (VIII) qurultayında Müsavat Partiyası ilə birləşmək barədə qərar verməsinə müsbət yanaşdıqlarını da deyib: “Hesab edirik ki, bu, inteqrasiya istiqamətində atılmış ciddi addımdır. Biz hesab etsək ki, belə bir birləşmə həm Müsavat Partiyasının, həm AXCP-nin, həm də bütövlükdə Azərbaycan cəmiyyətinin maraqlarına uyğundur, onda Müsavat Partiyası da bu istiqamətdə müsbət qərarlar qəbul edə bilər. Ancaq bir daha təkrar edirəm, hələ ki, bu məsələ Müsavat Partiyasının heç bir strukturunda müzakirə ediməyib”.

A. Hacılı onu da qeyd edib ki, müəyyən təşkilati və texniki işlər başa çatsa, Müsavat Partiyasının qurultayı bu ilin dekabrında keçirilə bilər: “Əgər həmin işlər başa çatmasa, partiyanın növbəti qurultayı gələn ilə qalacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR