Bank Of Baku

Müsavat Partiyasının Divanı oktyabrın ilk on günlüyündə kütləvi tədbirlərə başlamaq haqda qərar qəbul edib

Müsavat Partiyasının Divanı oktyabrın ilk on günlüyündə kütləvi tədbirlərə başlamaq haqda qərar qəbul edib
# 27 sentyabr 2010 16:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.

Yığıncağın əvvəlində parlament seçkilərinə hazırlığın gedişatı müzakirəsi edilib.
Toplantıda oktyabrın ilk on günlüyündə kütləvi tədbirlərə başlamaq haqda qərar qəbul edilib.

Yığıncağın ictimai-siyasi vəziyyətə dair bölümündə BMT Baş Assambleyasının sessiyasında ABŞ prezidenti Barak Obamanın çıxışı və onun İlham Əliyevlə görüşü müzakirə edilib.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR