Bank Of Baku

AXCP ilə Müsavat Partiyası arasında vahid namizədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar başa çatıb

AXCP ilə Müsavat Partiyası arasında vahid namizədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar başa çatıb
# 27 sentyabr 2010 16:41 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. Onun sözlərinə görə, bundan sonra vahid namizədlərin müəyyənləşdirilmədiyi dairələrdə namizədlikləri irəli sürülmüş AXCP və Müsavat Partiyasının namizədləri bir-birinə güzəştə gedə bilərlər: “Bu, artıq onların özlərinə aid olan məsələdir”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da APA-ya deyib ki, AXCP ilə seçki dairələrində vahid namizədlərin müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqlar, əsasən başa çatıb: “Ancaq bir neçə ayrı-ayrı seçki dairəsində yenə də vahid namizədin müəyyənləşdirilməsi mümkündür”.

Qeyd edək ki, 7 noyabr parlament seçkiləri ilə bağlı AXCP və Müsavat Partiyası birlikdə “AXCP-Müsavat” seçki bloku yaradıb. Partiyalar birlikdə 100-dən artıq seçki dairəsində vahid namizəd irəli sürməklə bağlı razılıq əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR