Bank Of Baku

AXCP oktyabrın 10-da Müsavatla birgə mitinq keçirmək barədə qərar qəbul edib

AXCP oktyabrın 10-da Müsavatla birgə mitinq keçirmək barədə qərar qəbul edib
# 28 sentyabr 2010 08:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, iclasda eyni gündə həm AXCP Ali Məclisinin sessiyasının, həm də mitinqin keçirilməsi barədə qərar qəbul olunub. Hər iki tədbirin keçiriləcəyi gün oktyabrın 10-na təyin olunub. F. Qəhrəmanlı mitinqin Müsavat Partiyası ilə birgə keçiriləcəyini deyib: “Bununla bağlı Müsavat Partiyası ilə ilkin razılaşma əldə olunub”.

F. Qəhrəmanlı mitinqin paytaxtın Nizami rayon ərazisində yerləşən “Təbriz” kinoteatrının qarşısına təyin olunacağını, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndəriləcəyini də bildirib.

AXCP Rəyasət Heyətinin iclasında seçki hazırlıqları ilə bağlı məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR