Bank Of Baku

YAP-ın vahid namizədlər siyahısında dəyişiklik edilib – YENİLƏNİB

YAP-ın vahid namizədlər siyahısında dəyişiklik edilib – <font color=red>YENİLƏNİB</font>
# 28 sentyabr 2010 10:00 (UTC +04:00)
APA-nın məlumatına görə, sentyabrın 18-də açıqlanmış 114 nəfərlik siyahıdakı namizədlərin sayı 112-yə enib.

Belə ki, millət vəkili, “Odlar Yurdu” Universitetinin rektoru, YAP-ın namizədlər siyahısında 31 saylı Suraxanı Seçki Dairəsindən vahid namizəd kimi göstərilən Əhməd Vəliyev həmin dairədən namizədliyini geri götürərək, sənədlərini 107 saylı Qazax Seçki Dairəsindən YAP-ın vahid namizədi kimi təqdim edib. Həmin seçki dairəsindən YAP-ın vahid namizədi olan Polad Ağakişiyev isə namizədliyini geri götürüb. 107 saylı Qazax Seçki Dairəsindən APA-ya verilən açıqlamada məlumat təsdiqlənib.

Analoji hal millət vəkili Gülər Əhmədova ilə bağlı da baş verib. YAP-ın vahid namizədlər siyahısında 15 saylı Yasamal I Seçki Dairəsindən namizədliyi irəli sürülmüş xanım deputat namizədliyini geri götürüb. O, sənədlərini 34 saylı Xətai II Seçki Dairəsinə təqdim edərək YAP-ın bu dairədən vahid namizədi olub. Gülər Əhmədova APA-ya açıqlamasında məlumatı təsdiqləyib. O əlavə edib ki, YAP-ın vahid namizədlər siyahısında 34 saylı Xətai II Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Nərminə Hacıyeva artıq namizədliyini geri götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR