Bank Of Baku

Qənirə Paşayevanın “Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi...” kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

Qənirə Paşayevanın “Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi...” kitabının təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 sentyabr 2010 11:35 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Şimali Kipr (Quzey Kıbrıs) Türk Cümhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğlu, Rauf Denktaşın oğlu, Şimali Kiprin sabiq xarici işlər naziri Sərdar Denktaş, Milli Məclisin üzvləri və ictimai təşkilatların nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən müəllif bildirib ki, kitabda Rauf Denktaşdan götürülmüş müsahibələr, onun özünün bağışladığı kitablardan faktlar yer alıb.

Zəki Qazioğlu çıxışında qarşılıqlı əlaqələrin qurulmasında R. Denktaşın mühüm rol oynadığını, onun bir neçə dəfə Azərbaycanda səfərdə olduğunu söyləyib.

Hulusi Kılıç R. Denktaşın Kiprin müstəqilliyində böyük rolu olduğuna diqqət çəkib: “Bu gün Şimali Kiprin üzləşdiyi haqsız təzyiqlər bölgənin inkişafına mane olur. İnsan haqları pozulur, Avropa isə buna göhz yumur”. Səfir bəyan edib ki, Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanında olduğu kimi, Şimali Kipr Türk Cümhuriyyətinin də yanında olacaq.

Sərdar Denktaş isə bildirib ki, Şimali Kipr rəhbərliyi Azərbaycandan daha çox insanın Kiprə gəlməsini, bu ölkə barədə məlumatlı olmasını və dəstək nümayiş etdirməsini istəyir. Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyasında öz yerini ala biləcəyinə əminliyini vurğulayan S. Denktaş artıq Lefkoşada təhsil alan azərbaycanlı tələbələrin sayının artdığını deyib.

Tədbirdə çıxış edən Azərbaycan və Türkiyədən olan millət vəkilləri, yazıçılar da kitab barədə öz fikrlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR