Siyavuş Novruzov: “YAP özünün namizədlər siyahısında yeniliklər edib, siyahıya yeni simalar, yeni insanlar salınıb”
S. Novruzov YAP-ın siyahısının mövcud potensialı əks etdirmədiyi, siyahının daxili ziddiyyətlər yaratması və s. kimi iddialara da münasibət açıqlayıb: “Biz YAP olaraq hələ seçkilərə rəsmi start verilmədən öncə də bəyan etmişdik ki, partiyamızın namizədlər siyahısı ciddi təhlillər və araşdırmalara əsasən müəyyənləşdiriləcək. Həmin vaxt da müxalifət mətbuatı guya YAP-ın namizədlərini müəyyənləşdirə bilmədiyi haqda iddialar səsləndirirdi. Amma faktlar göstərdi ki, bütün bunlar yalandan başqa bir şey deyil. Bir daha xatırladıram ki, YAP namizədlərini müəyyənləşdirərkən ciddi araşdırmalara əsaslanıb. Bildiyiniz kimi, partiyamızın parlamentdə təmsil olunan 17 millət vəkilinin namizədliyini bu dəfə irəli sürmədik. Onların bir hissəsi öz istəyi ilə seçki prosesində iştirak etmək istəmədi. Bir hissəsinin isə fəaliyyəti dövrünün təhlili nəticəsində və yaxud da həmin dairələrdə yeni namizədlərin müəyyən olunması ilə əlaqədar olaraq namizədliyi irəli sürülmədi. 114 dairədə namizəd irəli sürmüşük. 11 dairədə isə bizə müttəfiq olan partiyaların namizədləri var ki, onlara qarşı alternativ irəli sürmürük. Eyni zamanda, Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin namizədliyi irəli sürülən dairələrdə onların namizədliyini dəstəkləyirik. Bu dəfə irəli sürülən namizədlərin siyahısına diqqət yetirsək, orada qadınların və gənclərin üstünlük təşkil etdiyini görə bilərik. Ümumiyyətlə, YAP hər dəfə öz tərkibində, istər partiyanın seçkili orqanlarında, istərsə də dövlətin ayrı-ayrı seçki qurumlarında islahatlar aparır. Bələdiyyə seçkilərində də cəmiyyət bu addımların şahidi oldu. Bu gün parlament seçkiləri öncəsi də analoji addımlar atılır. YAP özünün namizədlər siyahısında yeniliklər edib, siyahıya yeni simalar, yeni insanlar salınıb. Bu təbiidir, çünki partiyamızın sıraları günü-gündən genişlənir, yeni nəsil yetişir. Partiya sıralarına 18 yaşında qoşulanlar indi 40 yaşına gəlib çatıb və siyasi cəhətdən təkmilləşiblər. Onların da potensialından lazımi səviyyədə istifadə edirik”.
S. Novruzov bəzi müxalifət qəzetlərinin imzatoplama prosesində YAP-ın inzibati resurslardan istifadə etməsi barədə yazılara da münasibət bildirib: “Onlar şantaj, böhtan kampaniyasına başlayıblar. Demək istəyirəm ki, bu gün YAP-ın belə şeylərə heç bir ehtiyacı yoxdur. Əvvəlcədən də elan etmişdik ki, tərəfimizdən hər dairə üzrə imzatoplayan 10 şəxs müəyyənləşdirilib. Onlara treninqlər keçirilib, yəni bu prosesə hazırlaşıblar. Həmin şəxslər imza vərəqələri götürüldükdən bir neçə gün sonra imzaları doğru-düzgün toplayıblar və həmin sənədlər DSK-lara təqdim edilib. Bu insanlar neçə illərdir ki, bu işlərdə böyük təcrübə qazanan partiya fəallarıdırlar. Bütün rayon və şəhər təşkilatlarında seçki qərargahları yaradılıb. Seçki qərargahlarında minimum 15, maksimum 40 nəfərə yaxın üzvlər fəaliyyət göstərirlər. Əgər namizədin qeydə alınması üçün 450 imza gərəkdirsə, biz bunu 500 imza ətrafında müəyyənləşdirmişik. Yəni, imzatoplayan şəxslərin hər biri 1 imza vərəqəsini doldurub qərargaha təqdim edir. Bu bizim üçün çox kiçik prosesdir. Ən kiçik rayon təşkilatımızın üzvlərinin sayı 2 min nəfərdən çoxdur. O baxımdan bizim imzatoplama kampaniyasında hansısa problemlə üzləşməyimiz mümkün deyil. Bu səbəbdən YAP-ın hər hansı bir inzibati resursdan istifadə etməyə ehtiyacı yoxdur, digər tərəfdən qanun da bunu qadağan edir. Partiyanın rayon və şəhər təşkilatları sədrlərinin müşavirəsində də bu məsələlər geniş müzakirə olunub. İmza toplayan şəxslər üçün Seçki Məcəlləsinin müvafiq maddələrindən çıxarışlar verilib. Yəni bütün işlər qanunvericiliyə uyğun həyata keçirilib”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir
Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb
ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
UEFA Avropa Liqası: “Beşiktaş” böyük hesablı qələbə qazanıb
Makron Fransada yanacağın qiymətlərini dözülməz adlandırıb
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün viza verib
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq