Bank Of Baku

Azərbaycanda parlament seçkilərində indiyədək 1231 nəfərin namizədliyi təsdiq edilib, 121 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycanda parlament seçkilərində indiyədək 1231 nəfərin namizədliyi təsdiq edilib, 121 nəfərin namizədliyi qeydə alınıb
# 29 sentyabr 2010 07:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Parlament seçkiləri ilə bağlı indiyə qədər 125 seçki dairəsi üzrə 1231 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.

Namizədliyi təsdiqlənən şəxslərdən 1167 nəfər dairə seçki komissiyalarından (DSK) imza vərəqələri götürüb. 269 nəfər imza vərəqələrini və digər zəruri sənədləri DSK-lara təhvil verib.

İndiyədək 78 seçki dairəsi üzrə 121 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, parlament seçkiləri noyabrın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR