Bank Of Baku

AXCP Müsavatın seçki komissiyalarına nümayəndə göndərmək barədə qərarını normal qarşılayır

AXCP Müsavatın seçki komissiyalarına nümayəndə göndərmək barədə qərarını normal qarşılayır
# 29 sentyabr 2010 10:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Müsavat Partiyasının seçki komissiyalarına nümayəndə göndərmək barədə qərarı onlar müstəqil şəkildə qəbul ediblər. Bizim tərəfimizdən bu qərar tamamilə normal qəbul olunur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı deyib. F. Qəhrəmanlı Müsavat Partiyasının bu qərarına hörmətlə yanaşdıqlarını bildirib: “Görünür, qərar qəbul olunarkən partiya indiki situasiyanı və reallıqları nəzərə alıb”.

Qeyd edək ki, bu gün Müsavat Partiyası Divanının növbədənkənar iclasında seçki komissiyalarında bu partiya üçün ayrılmış yerlərə nümayəndələr təyin etmək barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR