Bank Of Baku

Müsavat Partiyası MSK-da boş qalmış yerlərə nümayəndələr göndərməklə bağlı Milli Məclisə müraciət edib

Müsavat Partiyası MSK-da boş qalmış yerlərə nümayəndələr göndərməklə bağlı Milli Məclisə müraciət edib
# 29 sentyabr 2010 12:56 (UTC +04:00)
Bu barədə APA-ya sənədləri MM Aparatının Ümumi şöbəsinə təqdim etmiş Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu məlumat verib.

Onun sözlərinə görə, təqdim olunan sənədlərə MM sədri Oqtay Əsədovun adına müraciət və Müsavat Partiyası Divanının bugünkü iclasının protokolu daxildir.

Qeyd edək ki, Müsavat Partiyası seçki komissiyalarında bu partiya üçün ayrılmış yerlərə nümayəndələr təyin etməklə bağlı qərarı Divanın bugünkü növbədənkənar iclasında qəbul edilib. İclasda Mərkəzi Seçki Komissiyasındakı iki yerə nümayəndələr müəyyənləşdirilib. Bunlar Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı və əvvəllər MSK-ya üzv olmuş bitərəf Ənvər Əliyevdir. Divanın qərarına əsasən, müxalifətdən olan MSK katibi vəzifəsinə də Gülağa Aslanlının namizədliyi irəli sürülüb. Partiya həmçinin bütün dairə seçki və məntəqə seçki komissiyalarının hər birinə nümayəndə təyin etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR