Bank Of Baku

Əli Əliyev İsa Qəmbərə rəqib olacağını istisna etməyib

Əli Əliyev İsa Qəmbərə rəqib olacağını istisna etməyib
# 29 sentyabr 2010 14:02 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında “İnsan naminə” seçki blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O bildirib ki, hakim Yeni Azərbaycan Partiyası 15 saylı Yasamal I Seçki Dairəsindən irəli sürdüyü namizədini geri çəkəndən sonra həmin dairədə demokratik seçki keçirilməsi ehtimalı daha da artıb: “Ona görə də biz bu gün həmin dairədən irəli sürdüyümüz şəxsin namizədliyini geri götürdük. İndi həmin dairədə daha güclü namizədlə təmsil olunmaq fikrindəyik. Orada müxalifətin başqa tanınmış siması da namizədliyini irəli sürüb. İstərdim ki, müxalifət əl-ələ verib 15 saylı Seçki Dairəsində demokratik seçki keçirsin”.

Ə. Əliyev 15 saylı Yasamal I Seçki Dairəsindən özünün namizəd olacağını da istisna etməyib: “Həmin dairədən namizəd olacağım istisna deyil”.

Qeyd edək ki, 15 saylı Yasamal I Seçki Dairəsindən müxalifətin digər tanınmış siması Müsavat Partiyasının başqanı İsa Qəmbərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR