Qüdrət Həsənquliyev: “Müsavat Partiyası özünü növbəti dəfə seçki ərəfəsində biabır elədi”
Q. Həsənquliyev bunu Müsavatın hökumətlə seçkiqabağı gizli danışıqlarının göstəricisi adlandırıb və iddia edib ki, “AXCP-Müsavat” bloku nümayəndələrinin parlamentə seçilməsinə təminat alıb: “Bunlar vaxtilə Ümid Partiyası ilə əməkdaşlıqdan məhz bu məsələyə görə imtina etmişdilər. Amma mən bu məsələdən o qədər də təəccüblənmədim, çünki dəfələrlə bu blokun təmsilçiləri hansısa siyasi prosesdə iştirak etməməklə bağlı öhdəlik götürüb, imza atıb, sonra da hörmətsiz formada həmin imzalarından imtina ediblər. Bunlar vaxtilə parlamentə getməmək barədə olan öhdəliklərini də belə prinsipsiz şəkildə pozmuşdular. Onların başqalarını ittiham etdikləri addımları özlərinin təkrarlamaları artıq mənim üçün gözlənilməz hal deyil”.
“Əgər MSK-dakı boş yerlərə Müsavat Partiyası nümayəndələrinin təyin olunması ilə bağlı məsələ parlamentdə müzakirə olunsa və səsverməyə çıxarılsa, biz bunun əleyhinə çıxacağıq. Çünki bu, parlamentdə azlıq təşkil edən partiyalara qarşı ədalətsiz davranışdır”. Bunu isə APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.
F. Mustafa bildirib ki, MSK-da ayrılmış yerlərdən imtina etmiş Müsavat Partiyasının birdən-birə həmin yerləri tələb etməsi heç bir məntiqə və prinsipə sığmır: “Çünki Müsavat Partiyası əvvəllər MSK-ya nümayəndə göndərdiyinə görə digər partiyaları ittiham etmişdi. İndi onların tərəfindən bu addım atılırsa, deməli, müəyyən dərəcədə hakimiyyətlə gizli danışıqların məhsulu kimi ortaya çıxacaq. Ona görə də bu məsələdə mövqeyimiz çox sərt olacaq”.
Müsavat Partiyası Mərkəz İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya açıqlamasında ittihamları rədd edib: “Bizim fəaliyyətimiz şəffafdır. MSK-dakı bu yerlər bizə hələ 2005-ci ildə təklif olunub, ona uyğun olaraq indi nümayəndələrimizi təqdim etmişik. Bu məsələdə həm hakimiyyətin, həm də Müsavat Partiyasının mövqeyi açıq olub. Ona görə də bu məsələnin hansısa gizli danışıqların nəticəsi olması barədə deyilənlər absurddur. Guya bizə deputat yeri verilməsi barədə deyilənlər də cəfəngiyyatdır. Müsavat Partiyası öz yerlərini özü alacaq, biz bu seçkilərə təkcə qanunverici hakimiyyət uğrunda mübarizə kimi yox, bütövlükdə ölkədə siyasi şəraitin dəyişdirilməsi imkanı kimi yanaşırıq. Bunun üçün də əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Müsavat Partiyası seçki komissiyalarında bu partiya üçün ayrılmış yerlərə nümayəndələr təyin etməklə bağlı qərarı Divanın bugünkü növbədənkənar iclasında qəbul edilib. İclasda Mərkəzi Seçki Komissiyasındakı iki yerə nümayəndələr müəyyənləşdirilib. Bunlar Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı və əvvəllər MSK-ya üzv olmuş bitərəf Ənvər Əliyevdir. Divanın qərarına əsasən, müxalifətdən olan MSK katibi vəzifəsinə də Gülağa Aslanlının namizədliyi irəli sürülüb. Partiya həmçinin bütün dairə seçki və məntəqə seçki komissiyalarının hər birinə nümayəndə təyin etmək niyyətindədir.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib
Almaniyada dron aşkarlanması hava limanında uçuşların dayandırılmasına səbəb olub
Səudiyyə Ərəbistanı husilərin raketini havada məhv edib
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb