Bank Of Baku

“Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsi gələn həftə Milli Məclisə göndəriləcək

“Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsi gələn həftə Milli Məclisə göndəriləcək
# 29 sentyabr 2010 14:49 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri bildirib ki, hazırda layihəyə Prezident Administrasiyasında baxılır.

Noyabr ayında keçiriləcək parlament seçkilərinədək büdcə layihəsinin təsdiqinin mümkün olub-olmadığına gəlincə, Z. Səmədzadə deyib ki, seçkilərə qədər Milli Məclisin iki sessiyası (sentyabrın 30-da və oktyabrın 8-də) keçiriləcək, oktyabrın 15-dən isə təbliğat-təşviqat kampaniyasına start veriləcək: “Bu, çox az müddətdir. Amma bütün gücümüzü səfərbər edərək layihəni müzakirə edə bilərik”.

Qeyd edək ki, 2011-cü il üçün dövlət büdcəsinin gəlirləri 12 061 milyon manat, xərcləri 12 748 milyon manat proqnozlaşdırılır. Gələn il üçün icmal büdcənin gəlirləri 15 557,6 milyon manat, xərcləri 15 129, 4 milyon manat nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR