Bank Of Baku

Pənah Hüseyn Müsavatın MSK-ya nümayəndələr təyin etməsi barədə məsələnin MM-in gündəliyinə salınmasını istəyib

Pənah Hüseyn Müsavatın MSK-ya nümayəndələr təyin etməsi barədə məsələnin MM-in gündəliyinə salınmasını istəyib
# 30 sentyabr 2010 09:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, deputat məsələnin parlamentin iclasının gündəliyinə salınmasını istəyib.

Spiker Oqtay Əsədov isə ona cavab olaraq bunları deyib: “Üç ildir xahiş edirik ki, Müsavat nümayəndələrini göndərsin. Namizəd vermisiniz, baxarıq”.

Qeyd edək ki, Müsavat Partiyasının seçki komissiyalarında bu partiya üçün ayrılmış yerlərə nümayəndələr təyin etməklə bağlı sənədləri Milli Məclisə təqdim edilib.
Təqdim olunan sənədlərə MM sədri Oqtay Əsədovun adına müraciət və Müsavat Partiyası Divanının bugünkü iclasının protokolu daxildir.

Xatırladaq ki, Müsavat Partiyası seçki komissiyalarında bu partiya üçün ayrılmış yerlərə nümayəndələr təyin etməklə bağlı qərarı Divanın dünənki növbədənkənar iclasında qəbul edilib. İclasda MSK-dakı iki yerə nümayəndələr müəyyənləşdirilib. Bunlar Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı və əvvəllər MSK-nın üzvü olmuş bitərəf Ənvər Əliyevdir. Divanın qərarına əsasən, müxalifətdən olan MSK katibi vəzifəsinə də Gülağa Aslanlının namizədliyi irəli sürülüb. Partiya, həmçinin bütün dairə seçki və məntəqə seçki komissiyalarının hər birinə nümayəndə təyin etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR