Bank Of Baku

Müsavat funksionerləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Müsavat funksionerləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
# 30 sentyabr 2010 11:47 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və partiya başqanının müavini Tofiq Yaqublu bu gün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub. Bu barədə APA-ya A. Hacılı məlumat verib. Onun sözlərinə görə, çağırış yazılı müraciət əsasında yox, telefon zəngi ilə şifahi qaydada edilib: “Hər ikimiz bu gün günün ikinci yarısında idarənin rəis müavini Yaşar Əliyevlə görüşmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə gedəcəyik. Çağırışın səbəbini bilmirəm. Ancaq bunun AXCP ilə 10 oktyabra təyin etdiyimiz mitinqlə bağlı olduğunu güman edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR