Bank Of Baku

Etibar Məmmədov Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının qurultayında iştirak edəcək

Etibar Məmmədov Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının qurultayında iştirak edəcək
# 30 sentyabr 2010 13:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov və AMİP Siyasi Şurasının üzvü Məhərrəm Həsənov Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının oktyabrın 3-dən 6-dək Birmingem şəhərinə keçiriləcək qurultayında iştirak etmək üçün bu ölkəyə səfər edəcək.

AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultay zamanı E. Məmmədovun Böyük Britaniyanın bir sıra rəsmiləri ilə, o cümlədən xarici işlər naziri Vilyam Heyqlə görüşü gözlənilir.

Xatırladaq ki, AMİP Beynəlxalq Demokrat İttifaqı (BDİ) çərçivəsində Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası ilə uzun müddətdir müttəfiqlik edir və ikitərəfli əlaqələrə malikdir. E. Məmmədov 2005-ci ildən BDİ-nin sədr müavinidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR