Bank Of Baku

Naxçıvan Ali Məclisinin deputatlarına xaricə səfərlər üçün xidməti pasport veriləcək

Naxçıvan Ali Məclisinin deputatlarına xaricə səfərlər üçün xidməti pasport veriləcək
# 30 sentyabr 2010 15:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin sentyabrın 30-da keçirilən sessiyasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanununa dəyişikliklərin müzakirəsində çıxış edən Ə.Hüseynov bildirib ki, yenilik Naxçıvan Ali Məclisinin deputatlarına xidməti pasport almaq hüququnun verilməsidir. Buna qədər yalnız Azərbaycan Milli Məclisinin deputatlarının xidməti pasport almaq hüququ olub.

Qeyd edək ki, sözügedən dəyişikliklər parlamentin iclasında müzakirə olunaraq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR