Bank Of Baku

Azərbaycan prezidenti Bakının Nizami rayonunda salınması nəzərdə tutulan parkın ərazisi ilə tanış olub

Azərbaycan prezidenti Bakının Nizami rayonunda salınması nəzərdə tutulan parkın ərazisi ilə tanış olub
# 30 sentyabr 2010 15:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 30-da Bakının Nizami rayonunda salınması nəzərdə tutulan parkın və burada quraşdırılacaq musiqili fəvvarənin ərazisi ilə tanış olub.

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, parkda postamenti 10 metr olmaqla 60 metr hündürlüyündə musiqili od fəvvarəsinin inşası nəzərdə tutulur. Fəvvarənin postamenti yumru təpəcikdən ibarət olacaq. Fəvvarə 500 beton dayaq üzərində qurulacaq. Musiqili od fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllur və 316 L markalı paslanmayan metaldan hazırlanacaq. Musiqili fəvvarə postamentin altında quraşdırılacaq avtomatlaşdırılmış sistem vasitəsilə idarə olunacaq.

Prezident ərazi ilə yaxından tanış olub. Ərazi ilə tanışlıqdan sonra dövlət başçısı quraşdırılacaq musiqili od fəvvarəsinin maketinə də baxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR