Bank Of Baku

Spiker: “Üçüncü çağırış Azərbaycan Milli Məclisinin fəaliyyəti dövründə müxtəlif sahələrə dair mühüm qanunvericilik sənədləri qəbul edilib”

Spiker: “Üçüncü çağırış Azərbaycan Milli Məclisinin fəaliyyəti dövründə müxtəlif sahələrə dair mühüm qanunvericilik sənədləri qəbul edilib”
# 01 oktyabr 2010 13:49 (UTC +04:00)
Spiker əlavə edib ki, üçüncü çağırış Milli Məclis ordu quruculuğu və hərbçilərin anti-terror əməliyyatlarda iştirakını da diqqət mərkəzində saxlayıb. İlk dəfə olaraq müstəqil Azərbaycanın Hərbi Doktrinası geniş müzakirələrdən sonra təsdiq edilib.

Bakı. Rəşad Süleymanov – APA. Üçüncü çağırış Azərbaycan Milli Məclisinin fəaliyyəti dövründə parlamentin 155 iclası keçirilib, parlament tərəfindən 1058 qanun və qərar qəbul olunub. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib.

Spiker qeyd edib ki, Azərbaycanın qanunvericilik sistemində mühüm istiqamətlərdən biri demokratiyanın daha da dərinləşməsi, insan hüquq və azadlıqlarının təmin olunmasının hüquqi bazasının yaradılması və onun təkmilləşdirilməsindən ibarətdir. Ölkə Konstitusiyasının müddəalarının üçdə ikisi məhz bu məsələlərə həsr olunub: “Ötən dövrdə Milli Məclis ölkə qanunvericiliyinin, o cümlədən Seçki Məcəlləsinin təkmilləşdirilməsini diqqət mərkəzində saxlayıb. Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zəruri dəyişikliklər və əlavələr edib. Bu dəyişikliklər vətəndaşların əsas hüquqlarından biri olan seçmək, seçilmək və siyasi azadlıqlardan istifadə etmək hüququnun daha yüksək səviyyədə təmin olunması baxımından əhəmiyyətlidir”.

O. Əsədov, həmçinin müxtəlif sahələrə dair mühüm qanunvericilik sənədlərinin qəbul edildiyini də vurğulayıb.

Spiker əlavə edib ki, üçüncü çağırış Milli Məclis ordu quruculuğu və hərbçilərin anti-terror əməliyyatlarda iştirakını da diqqət mərkəzində saxlayıb. İlk dəfə olaraq müstəqil Azərbaycanın Hərbi Doktrinası geniş müzakirələrdən sonra təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR