Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb - <font color=red>YENİLƏNİB</font>
# 05 oktyabr 2010 08:50 (UTC +04:00)
APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, Naxçıvan beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb. Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb. Daha sonra prezident İlham Əliyev Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.

Məlumatda bildirilir ki, Azərbaycanın iqtisadi nailiyyətlərinin təmin olunmasında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikasında sistemli şəkildə reallaşdırılan islahatlar ümumi iqtisadi fəallığı daha da gücləndirib, investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlib. 2010-cu ilin 8 ayında muxtar respublikada ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 772 milyon manatdan çox olub. Sənaye sahəsində aparılan islahatlar bu ilin səkkiz ayında 213 milyon manatdan çox məhsul istehsalı ilə nəticələnib. Həmin dövrdə muxtar respublikada 300-ə yaxın müxtəlif təyinatlı obyekt, 10-dan çox inzibati bina tikilərək istifadəyə verilib, aqrar sahənin inkişafı diqqətdə saxlanılıb. Cari ildə əkilən taxıl zəmilərinin sahəsi əvvəlki dövrlə müqayisədə 362 hektar artırılıb. Bu ilin səkkiz ayında Naxçıvan Muxtar Respublikası 125,5 milyon ABŞ dollarından çox xarici ticarət əməliyyatları aparıb. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması prosesi sürətlə davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR