Azərbaycan prezidenti Şərur və Sədərək rayonlarında bir neçə yeni obyektin açılışında iştirak edib - YENİLƏNİB
Prezident İlham Əliyev daha sonra Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış olub. Prezidentə məlumat verilib ki, Milli Qəhrəman Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbinin binası əsaslı şəkildə yenidən qurulub. 1981-ci ildən fəaliyyət göstərən hazırkı bina bir müddət əvvəl qəzalı vəziyyətə düşüb. Üçmərtəbəli, 540 şagird yeri olan yeni binada 30 sinif otağı var. Bir-birinə örtülü keçidlə birləşdirilmiş üç korpusdan ibarət binada şagirdlərin təlim-tərbiyəsi üçün bütün şərait yaradılıb, otaqlar zəruri vəsaitlərlə təchiz olunub. Fənn kabinetlərində, laboratoriyalarda müasir standartlara cavab verən avadanlıq qurulub. Altı min nüsxə ədəbiyyatın saxlanıldığı kitabxanada Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən guşə yaradılıb. İdman zalı da müasir tələblərə cavab verir. Məktəbin iki kompüter sinfinin hər birində internetə çıxışı olan 19 kompüter var. İki elektron lövhəli sinif otağı isə tədrisin müasir standartlar səviyyəsində aparılmasına imkan verəcək. Hərbi hazırlıq fənninin əyani vəsaitlərlə tədrisi də diqqətdən kənarda qalmayıb. Dövlət başçısı yaradılmış şəraiti yüksək qiymətləndirib, kollektivi təbrik edib. Müəllimlər ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərək rayonuna gəlib. Qeyd edək ki, Sədərək rayonu Azərbaycanda yeganə inzibati ərazi vahididir ki, 3 dövlətlə həmsərhəddir. Ötən əsrin 90-cı illərinin əvvəllərində sədərəklilər Ermənistanın aramsız hücumlarına qəhrəmanlıqla sinə gəriblər. Son illərdə bu bölgədə gedən inkişaf prosesləri isə Sədərəyin Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib. Təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən tədbirlər rayonun ümumi inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Sədərəkdə inşa olunan mərkəzi xəstəxana binası da bu reallıqdan qaynaqlanır.
Prezident İlham Əliyev Sədərək rayon mərkəzi xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış olub. Ümumi sahəsi 11700 kvadratmetr olan xəstəxana binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilib. Zirzəmi qatı ilə birlikdə üç mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Müasir tibbi avadanlığın quraşdırıldığı səhiyyə ocağında 29 həkim, 34 tibb bacısı çalışır. Xəstəxanada üç şöbə - stasionar, poliklinika və təcili yardım şöbələri fəaliyyət göstərəcək. Burada, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait var. Dövlət başçısının diqqətinə çatdırılıb ki, səhiyyə islahatları muxtar respublikada uğurla aparılır. Cari ilin ötən dövründə muxtar respublikanın demək olar ki, bütün rayonlarında səhiyyə ocaqlarının tikintisi və mövcud olanların yenidən qurulması prosesi sürətlə davam edib. Xəstəxananın kollektivi göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq edib. Dövlət başçısı yaradılan şəraitdən razılığını bildirib, kollektivə uğurlar arzulayıb.
Dövlət başçısı səfər çərçivəsində Sədərək rayonundakı 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Dövlət başçısına məlumat verilib ki, 594 şagird yeri olan 2 nömrəli Sədərək orta məktəbinin binası yeni inşa edilib. Dördmərtəbəli binanın tikintisinə bu ilin mayında başlanılıb. Burada 33 sinif otağı var, fənn kabinetləri, o cümlədən hərbi hazırlıq otağı və idman zalı zəruri əyani vəsaitlərlə təmin olunub. Burada həm də şagirdlərin ixtiyarına iki elektron lövhəli sinif otağı da verilib. Məktəbdə internetə çıxışı olan 31 kompüter var. Kitabxanada 10 min nüsxəyə yaxın ədəbiyyat mühafizə edilir. Məktəbdə 511 şagirdin təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur. Qeyd edilib ki, muxtar respublikanın bütün məktəbləri kompüterlərlə təmin olunub. Məktəblərə hər 19 şagirdə bir dəst olmaqla 2 min 674 kompüter verilib. Dövlət başçısı yeni binanın açılışı münasibətilə kollektivi təbrik edib, onlara uğurlar arzulayıb.
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərəkdəki “N” hərbi hissəsində olub. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış olub. Prezidentə məlumat verilib ki, 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait var. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilib. Prezident İlham Əliyev müşahidə məntəqəsindən təmas xəttini seyr edib.
Azərbaycan prezidenti Sədərək rayonuna səfər çərçivəsində yeni salınan Heydərabad qəsəbəsində olub. Dövlət başçısına məlumat verilib ki, Sədərək rayonunun inzibati binalarının yerləşdiyi yeni qəsəbədə bütün infrastruktur yaradılıb. Qəsəbədə rayon sakinləri üçün yeni evlər də tikilib. İndiyədək Heydərabad qəsəbəsində onlarla ev inşa olunaraq sakinlərə paylanıb. Tikilən 16 yeni ev də sakinlərinə təqdim olunacaq. Yeni evlərin hər birinin ümumi həyətyanı sahəsi min kvadratmetrdir. Bu sahə sakinlərin təsərrüfat işləri ilə məşğul olmaları üçün nəzərdə tutulub. İkimərtəbəli evlərin birinci mərtəbəsində qonaq otağı, mətbəx və digər otaqlar, ikinci mərtəbədə isə iki otaq və eyvan yerləşir. Mənzillərin ümumi sahəsi 100 kvadratmetrdən çoxdur. Evlərə telefon, qaz, elektrik və su xətləri çəkilib. Ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yollara asfalt döşənib. Prezident İlham Əliyev qəsəbədə tikinti işlərinin gedişini əks etdirən fotostendə baxıb. Dövlət başçısı binalarda yaradılmış şəraitlə tanış olub, daha sonra rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir
Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb
ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
UEFA Avropa Liqası: “Beşiktaş” böyük hesablı qələbə qazanıb
Makron Fransada yanacağın qiymətlərini dözülməz adlandırıb
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün viza verib
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq