Bank Of Baku

MSK-ya daxil olmuş şikayətlərə baxılıb

MSK-ya daxil olmuş şikayətlərə baxılıb
# 05 oktyabr 2010 13:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, əvvəlcə MSK-nın 5 oktyabr tarixli iclasının protokolu təsdiqlənib. Sonra MSK katibi Natiq Məmmədov namizədlikləri qeydiyyata alınmayan şəxslərin komissiyaya daxil olan şikayətləri haqqında məlumat verib.

Həmçinin, noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar “AXCP-Müsavat” blokundan, Azərbaycan Liberal Demokrat Partiyasından (ALDP) MSK-ya daxil olmuş şikayətlərə baxılıb.

MSK namizəd olmaq üçün dairə seçki komissiyalarına müraciət etmiş şəxslərin bəzilərinin şikayətlərinə baxılma müddətini uzadıb.

M. Pənahov bildirib ki, yarana bilən anlaşılmazlıqlarla bağlı MSK araşdırmalarını davam etdirəcək: “Amma şikayət edənlər də öz məsuliyyətlərini bilməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR