Bank Of Baku

“İrəvan xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyasının yeni versiyalarının təqdimatı keçirilib - FOTOSESSİYA

“İrəvan xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyasının yeni versiyalarının təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 07 oktyabr 2010 09:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. Bakıxanov adına Tarix İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında işıq üzü görən “İrəvan xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyasının yeni çapdan çıxmış ingilis və rus dillərində versiyalarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabın müəlliflərindən biri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, oxuculara təqdim olunan bu kitabda XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan sonra meydana gəlmiş, Cənubi Qafqazın tarixində mühüm rol oynamış, XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmış Azərbaycan dövlətlərindən birindən – İrəvan xanlığından (1747-1828) bəhs olunur.

Müəllif deyib ki, monoqrafiyada XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türklərindən ibarət olması təkzibolunmaz mənbələr əsasında sübuta yetirilir və erməni müəlliflərinin xanlığın xristian əhalisi barədə uydurma fikirləri - əhalinin əksəriyyətinin guya ermənilərdən ibarət olması ideyası ifşa olunur.

AMEA prezidenti Mahmud Kərimov bəyan edib ki, bu qiymətli kitabda erməni katolikosluğunun mərkəzinin Azərbaycan Qaraqoyunlu dövlətinin padşahı Cahanşahın icazəsi ilə 1441-ci ildə Kilikiyanın Sis şəhərindən İrəvan bölgəsinə köçürülməsinə qədər bu ərazidə ermənilərə məxsus heç bir yaşayış məskəni və ya torpaq sahəsi olmadığı sübut olunur. Kitabda 1443-cü ildən XVIII əsrin ortalarına kimi erməni katalikoslarının müxtəlif vasitələrlə Azərbaycan türklərindən aldıqları kəndlərin və digər mülklərin siyahısı erməni mənbələri əsasında tərtib olunan xüsusi cədvəldə öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR