Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və bərpadan sonra açılışında iştirak edib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və bərpadan sonra açılışında iştirak edib
# 07 oktyabr 2010 17:01 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə dövlət başçısı, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva teatrın qarşısındakı meydanda aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış olublar. Sonra prezident İlham Əliyev teatrın binasının əvvəlki görkəmini, yenidənqurma işlərinin gedişini və onun hazır vəziyyətini əks etdirən şəkillərə baxıb.
Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamına əsasən binada əsaslı yenidənqurma işlərinə 2008-ci ilin noyabrında başlanılıb. Teatrın fasad hissəsinə yeni üzlük vurulub, dam örtüyü dəyişdirilib. Təmir və yenidənqurma zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev foyelərdə, tamaşa salonunda, mərkəzi lojada, səhnədə, ilkin məşq, texniki avadanlıq, qrim otaqlarında görülən işlərlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, teatrın səs-akustika və səhnə-işıqlandırma sistemləri müasir layihə və texnologiyalar əsasında yenidən qurulub. Teatrın binası yeni mövsümdə teatrsevərlərə təqdim olunmaq üçün tam hazırdır. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR