Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti AXCP və Müsavat Partiyasına cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti AXCP və Müsavat Partiyasına cavab verib
# 08 oktyabr 2010 10:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) AXCP və Müsavat Partiyasının oktyabrın 10-na təyin etdikləri mitinqlə bağlı məktuba cavab verib. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu APA-ya bildirib ki, oktyabrın 7-də partiyaya ünvanlanan məktubda mitinqin keçirilməsi məqsədəuyğun sayılmayıb: “Məktubda deyilir ki, seçki təbliğatına oktyabrın 15-dən başlandığından tədbirlərinizi həmin dövrdə və çərçivədə keçirə bilərsiniz”.

T. Yaqublu deyib ki, mitinqin vaxtı dəyişdirildiyindən məktub hər hansı əhəmiyyət daşımır.

Qeyd edək ki, AXCP və Müsavat Partiyası 10 oktyabr tarixinə təyin etdikləri yürüş-mitinqi təxirə salıblar. Partiyalar yürüş-mitinqi oktyabrın 17-də keçirməyi qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR