Bank Of Baku

Parlamentdə deputatlar arasında mübahisə düşüb

Parlamentdə deputatlar arasında mübahisə düşüb
# 09 oktyabr 2010 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclisin Təhlükəsizlik və müdafiə, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında deputat Nəsib Nəsiblinin kitabxanaların pis vəziyyətdə olması barədə səsləndirdiyi fikirlər iqtidar və müxalifətdən olan deputatlar arasında mübahisəyə səbəb olub. APA-nın məlumatına görə, N. Nəsiblinin kitabxanaların, xüsusilə də M. F. Axundov adına Milli Kitabaxananın fəaliyyətini tənqid etməsini vitse-spiker Ziyafət Əsgərov narazılıqla qarşılayıb: “Bizim kitabxanaların imkanları genişlənir. Özüm də istifadə etdiyim üçün deyirəm, Milli Elmlər Akademiyanın zəngin kitabxanası var. Eləcə də Prezidentin gözəl və zəngin kitabxanası fəaliyyət göstərir. Belə danışmayın. Buradan çıxanda ora gedin və tanış olun. Kitab oxuyun”.

Deputat Pənah Hüseyn isə vitse-spikerin sözlərinə etiraz edib: “Siz Axundov adına kitabxanaya nə vaxt getmisiniz? Oradakı biabırçılıqdan xəbəriniz varmı? Mən orada tez-tez oluram”.

P. Hüseyn regionlarda, xüsusilə də millət vəkili seçildiyi Quba rayonunda görülən işlərdən danışan deputat Yevda Abramovun çıxışına da müdaxilə edib. Y. Abramov isə P. Hüseynə Milli Məclisin iclaslarının stenoqramlarına baxmağı məsləhət görüb: “Stenoqramlara baxsan, görərsən ki, 5 ildir, çıxışlarında eyni şeyi danışırsan”.

Y. Abramov müxalifətçi deputatları ölkədə aparılan quruculuq işlərini qiymətləndirməməkdə də ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR