Bank Of Baku

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyası seçki kampaniyasının ilk mərhələsini uğurla başa vurub”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyası seçki kampaniyasının ilk mərhələsini uğurla başa vurub”
# 11 oktyabr 2010 14:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Yeni Azərbaycan Partiyası seçki kampaniyasının ilk mərhələsini uğurla və mütəşəkkil şəkildə başa vurub”. APA-nın məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində partiyanın icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov xatırladıb ki, YAP İdarə Heyətinin sentyabrın 18-də keçirilən iclasında parlament seçkilərində iştirak etmək üçün 114 namizəd irəli sürülüb. Sonra müəyyən yeniliklər edilərək namizədlərin sayı 115-ə çatdırılıb. Bunlardan 113 nəfəri bütün müvafiq prosedur qaydaları keçərək namizəd kimi təsdiqlənib: “İrəli sürdüyümüz namizədlərdən 2 nəfəri seçkilərə qatılmamaq haqqında qərar qəbul edib”.

Ə. Əhmədov YAP-ın artıq seçki məntəqələrində öz müşahidəçilərinin qeydə alınması üçün işlər həyata keçirdiyini söyləyib: “Bundan savayı, YAP-ın hər bir seçki komissiyasında məşvərətçi səs hüquqlu üzvləri də təyin olunacaq. Beləliklə, bu kampaniya da YAP tərəfindən mütəşəkkil şəkildə həyata keçirilir və mən güman edirəm ki, qısa bir zamanda YAP-ın hər bir dairədə və məntəqədə müşahidəçisi və məşvərətçi səs hüquqlu komissiya üzvləri qeydə alınacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR