Bank Of Baku

Əli Əhmədov: “Bəzi deputatların YAP-ın siyahısından kənarda qalması partiyanın onlara münasibətinin ifadəsi sayıla bilməz”

Əli Əhmədov: “Bəzi deputatların YAP-ın siyahısından kənarda qalması partiyanın onlara münasibətinin ifadəsi sayıla bilməz”
# 11 oktyabr 2010 14:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində partiyanın icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov YAP-dan olan bəzi deputatların növbəti parlament seçkilərində iştirak etməmələrinin səbəblərini də açıqlayıb: “Bir neçə YAP-çı deputat növbəti parlament seçkilərinə qatılmaq istəmədi. Ümumiyyətlə, seçkilərdə iştirak etmək üçün namizədlərin müəyyən edilməsi bütünlükdə seçki strategiyasının çox vacib tərkib hissəsidir. Seçkidə partiyanın qələbəsinin təmin edilməsində onun rolu danılmazdır. Bu mənada YAP-ın seçki siyahısının hazırlanması onun seçki taktikasının tərkib hissəsi kimi başa düşülməlidir. 2010-cu ilin seçki kampaniyasına qoşulmayan deputatlara gəldikdə isə, onlar həmişə olduğu kimi, bizimlə bir yerdədir”.

Partiya rəsmisi ümid edir ki, həmin deputatlar xidmətlərini başqa sahələrdə bundan sonra da davam etdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR