Bank Of Baku

Qüdrət Həsənquliyev İsa Qəmbərin Aram Manukyanla bəyannamə imzalamasını rəzalət adlandırıb

Qüdrət Həsənquliyev İsa Qəmbərin Aram Manukyanla bəyannamə imzalamasını rəzalət adlandırıb
# 12 oktyabr 2010 09:12 (UTC +04:00)
Bakı – APA. “Müsavat Partiyasının başqanı İsa Qəmbərin Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında bəyannaməyə imza atması rəzalətdir”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu bəyanatla partiyanın sədri Qüdrət Həsənquliyev çıxış edib.

“Əzizlərinin məzarı erməni tapdağında qalan bir şəxsin ona bu mənəvi əzabı, acını yaşadan işğalçı ölkənin Azərbaycan torpaqlarının qəsb edilməsində bilavasitə iştirak edən siyasi qüvvənin nümayəndəsi ilə birgə bəyannamə imzalamasının bir adı var – rəzalət. Bu fakt şübhəsiz ki, xarici qüvvələrin sifarişi ilə gerçəkləşdirilib və İsa Qəmbərin, həmçinin onun təmsil etdiyi siyasi düşərgənin antimilli mövqedə dayandıqlarını, öz hakimiyyət maraqlarının təmin olunması üçün Azərbaycan xalqının və dövlətinin əleyhinə istənilən sənədə imza atmağa hazır olduqlarını sübuta yetirir”, - deyə BAXCP sədri bildirib.

BAXCP sədri xatırladıb ki, Azərbaycan torpaqları məhz Erməni Ümummilli Hərəkatının lideri Levon Ter-Petrosyanın Ermənistan prezidenti olduğu zaman işğal edilib və hazırda adıçəkilən hərəkat Dağlıq Qarabağ məsələsində ölkəsinin təcavüzkar siyasətini davam etdirən Serj Sərkisyanı belə xəyanətdə, satqınlıqda suçlayır: “İsa Qəmbərin işğal edilmiş Azərbaycan torpaqlarının bir qarışının belə qaytarılmasının əleyhinə olan Erməni Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyanla eyni sənədi imzalaması Müsavat Partiyasının milli qüvvə statusunu itirdiyini bir daha təsdiqləyir. Əminəm ki, Azərbaycan xalqı noyabrın 7-də bu rəzalətə öz münasibətini bildirəcək”.

Q. Həsənquliyev bildirib ki, İsa Qəmbər polis bölməsinin rəisinə uduzduğuna görə seçki dairəsini dəyişə bilər, ancaq Azərbaycan xalqının ona olan münasibətini heç vaxt dəyişə bilməz: “Hakimiyyətə gəlmək üçün «erməniyə dayı deyənlərə» yazıqlar olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR