Bank Of Baku

İsa Qəmbər Müsavat Partiyasının Ermənistan Ümummilli Hərəkatı ilə əməkdaşlıq Bəyannaməsi imzalamasına münasibət bildirib

İsa Qəmbər Müsavat Partiyasının Ermənistan Ümummilli Hərəkatı ilə əməkdaşlıq Bəyannaməsi imzalamasına münasibət bildirib
# 12 oktyabr 2010 11:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Ermənistan Ümummilli Hərəkatının, Gürcüstan Respublikaçılar Partiyasının və Müsavat Partiyasının birgə qarşılıqlı əməkdaşlıq haqqında imzaladığı Bəyannamədə Azərbaycanın maraqlarına uyğun olmayan hansısa sətir və söz yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib.

İ. Qəmbər bildirib ki, bu bir bəyannamədir və həmin sənədin reallaşması istiqamətində addımlar olacaqsa, bu proses sürətlənəcək: “Yəni bəyannaməni reallaşdırmaq, sənədi imzalayan tərəflərdən də, bizim təmsil etdiyimiz cəmiyyətdən və xalqdan da asılıdır. Məsələnin prinsipial tərəfi ondan ibarətdir ki, Azərbaycanın və Cənubi Qafqazın digər ölkələrinin də gələcəyi demokratik inkişaf və Avropaya inteqrasiya ilə bağlıdır. Bu bəyannamədə də bu məsələlər aydın şəkildə vurğulanıb”.

İ. Qəmbər qeyd edib ki, Cənubi Qafqazın üç aparıcı partiyasının eyni sənədə imza atması ilk dəfə reallaşır: “Bu özü-özlüyündə bir hadisədir və gələcəyə yönələn perspektivin görünməsi deməkdir. Sənədi oxuyun, orada Azərbaycanın maraqlarına uyğun olmayan hansısa bir sətir, söz olarsa, onda hansısa sualın verilməsinə zərurət yaranar. Bu sənəd Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın maraqlarına uyğun sənəddir”.

Qeyd edək ki, Almaniyanın Potsdam şəhərində Müsavat Partiyasının başqanı İsa Qəmbər, Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.

Xatırladaq ki, Müsavat Partiyası 2007-ci ildə Avropa Liberal Demokrat və İslahatçılar Partiyasına üzv qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR