Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
# 13 oktyabr 2010 14:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, əvvəlcə MSK-nın 13 oktyabr 2010-cu il tarixli iclas protokolu təsdiqlənib.

MSK katibi və üzvləri Natiq Məmmədov, Mikayıl Rəhimov, Ramiz İbrahimov, Validə Kazımova, Nizami Nadirov, Tofiq Həsənov daxil olan şikayətlər barədə məlumat verib.

2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, “AXCP-Musavat”, “Qarabağ”, “İnsan naminə” seçki bloklarından, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Demokratik Azərbaycan Dünyası Partiyasından namizədliyini irəli sürən şəxslərdən daxil olan müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul olunub. MSK həmçinin bəzi şikayətlərə baxılma müddətini uzadıb.

İclasda 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyini irəli sürən, DAK Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimlinin şikayətinə baxılıb. MSK S. Rəhimlinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını qüvvədə saxlayıb. MSK sədri Məzahir Pənahov deyib ki, daxil olan şikayətlərə iki gün ərzində baxılacaq: “Seçki prosesi ilə bağlı maarifləndirmə işi davam etdirilməlidir”.

MSK sədri bu gün komissiyaya 20 müraciətin daxil olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR