Bank Of Baku

“Müsavat” deputat qrupu parlamentin ölkədə seçkiqabağı vəziyyətə həsr olunmuş iclasının keçirilməsini təklif edib

“Müsavat” deputat qrupu parlamentin ölkədə seçkiqabağı vəziyyətə həsr olunmuş iclasının keçirilməsini təklif edib
# 13 oktyabr 2010 14:53 (UTC +04:00)
APA-nın xəbərinə görə, deputat deyib ki, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi nəzərdə tutulan vaxtdan tez başa çatdırılıb və MM-in seçkiqabağı vəziyyətə həsr olunan iclasının keçirilməsi üçün zaman var.

Spiker Oqtay Əsədov isə təklifə cavab olaraq bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat dövrü yaxınlaşdığından parlamentdəki deputat qruplarının təklifini nəzərə alaraq, büdcə ilə bağlı müzakirələr tez başa çatdırılıb.

Namizəd olan millət vəkillərinin seçkilərə hazırlıqla əlaqədar rayonlara getməli olduqlarını xatırladan spiker bu səbəbdən belə bir iclasın keçirilməsini mümkün saymayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR