Bank Of Baku

Üçüncü çağırış Azərbaycan Milli Məclisinin son iclası oktyabrın 22-də keçiriləcək

Üçüncü çağırış Azərbaycan Milli Məclisinin son iclası oktyabrın 22-də keçiriləcək
# 13 oktyabr 2010 15:54 (UTC +04:00)
Sessiyada müzakirəyə çıxarılacaq məsələlər arasında «Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Konstitutsiya Qanununda, Silahlı Qüvvələrin İntizam Nizamnaməsində, Qarnizon və qaravul xidmətləri Nizamnaməsində və Silahlı Qüvvələrin Daxili xidmət Nizamnaməsində, «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» qanuna əlavaə edilmiş «Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı»nda, «Əhalinin sağlamlığının qorunması haqqında» qanuna dəyişikliklərin edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılacaq.

İclasda, həmçinin «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)» yubiley medalının, «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə», «Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» və «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» medalların təsis edilməsi haqqında qanun layihəsinə baxılacaq.

İclasın gündəliyinə Azərbaycan hökuməti ilə Mavritaniya hökuməti arasında imzalanmış 5 sənədin təsdiqi də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR