Bank Of Baku

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqları artırılıb

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqları artırılıb
# 13 oktyabr 2010 17:10 (UTC +04:00)
Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat verilib.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin Aparatı, Elmi İnnovasiyalar Mərkəzi, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Prezident yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyində çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.

Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının dövlət qulluqçusu olmayan işçilərin (Vahid Tarif Cədvəli əsasında əmək haqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10% artırılmasını təmin etmək tapşırılıb. Sərəncam 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR