Bank Of Baku

Azərbaycan prezidenti Mingəçevirdə bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan prezidenti Mingəçevirdə bir sıra obyektlərin açılışında iştirak edib
# 14 oktyabr 2010 08:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, dövlət başçısının Xaldan-Mingəçevir avtomobil yolunun açılışında da iştirak edəcəyi bildirilir.

Prezident İ. Əliyev Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram teatrının əsaslı yenidənqurmadan sonra açılışına da qatılacaq.

Ölkə başçısının, həmçinin “Günəşli” yaşayış massivinə çəkilən təbii qaz xətinin də açılışında iştirakı gözlənilir.

Mingəçevirdən sonra İlham Əliyev Yevlax rayonuna gedəcək. Ölkə başçı Yevlax şəhər 1 saylı orta məktəbin və “Azərtoxum” İstehsalat Müəssisəsinin açılışına qatılacaq.

Daha sonra prezident İlham Əliyev Yevlaxda Kür çayının sahilində inşa olunan bulvar kompleksinin tikintisi ilə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR