Bank Of Baku

ARDNŞ prezidenti cəbhə bölgəsində səfərdə olub

ARDNŞ prezidenti cəbhə bölgəsində səfərdə olub
# 14 oktyabr 2010 15:48 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Goranboy rayonunda səfərdə olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, R. Abdullayev rayonun təmas xətti boyunca yerləşən Tapqaraqoyunlu kəndinə baş çəkib, sakinlərlə görüşüb, kənddə qaz kəmərinin çəkilişi ilə maraqlanıb və bu yaşayış məntəqəsində ucaldılmış dövlət bayrağı kompleksinin açılışında iştirak edib.

Kəndin sosial-iqtisadi həyatı ilə maraqlanan Rövnəq Abdullayev Tap və Tapqaraqoyunlu kəndlərinin orta məktəb binalarının əsaslı təmirinə köməklik göstərəcəyini bildirib. O, kəndlilərin əkin-biçin işlərində üzləşdiyi əsas çətinliyin aradan qaldırılmasına kömək edəcəyini də söyləyib. Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev bildirib ki, buradakı əkin sahələrini suvarmaq üçün yeganə su mənbəyi təmas xəttindən keçən İncə çaydır. Amma düşmən ərazini atəş altında saxladığından kəndlilər su götürə bilmirlər. R. Abdullayev bu çətinliyin aradan qaldırılması üçün kəndin iri həcmli su nasosu ilə təmin olunacağına söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR