Bank Of Baku

Bakıda “Seçki prosesində yeni texnologiyaların tətbiqi: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

Bakıda “Seçki prosesində yeni texnologiyaların tətbiqi: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib - <font color=red>FOTO</font>
# 15 oktyabr 2010 09:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İnsan hüquqlarına dair beynəlxalq standartların tətbiqi üzrə Birgə İşçi Qrupun (BİQ) təşəbbüsü ilə Bakıda “Seçki prosesində yeni texnologiyaların tətbiqi: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın xəbərinə görə, BİQ-in həmsədri Şahin Camalov seçki mühiti barədə danışıb. BİQ üzvü, Bolqarıstandan olan ekspert Daniel Stoyanov bildirib ki, seçki texnologiyası müəyyən təcrübə dövrü keçdikdən sonra mənimsənilir. Ekspert demokratik mühitin formalaşmasında seçkilərin əhəmiyyəti barədə danışıb.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Azərbaycanda parlament seçkiləri: Konstitusiya və qanunlar kontekstində” mövzusunda çıxış edib.

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “Azərbaycanın seçki praktikasında seçki texnologiyalarının inkişafı dinamikası” mövzusunda məruzə edib.
M. Zülfüqarlı deyib ki, Azərbaycanın 19 illik müstəqillik dövrünü seçki dövrü kimi qəbul edib, bunu iki mərhələyə - ölkənin Avropa Şurasına daxil olduğu və ondan sonrakı dövrə bölmək olar. Bu dövr ərzində 11 seçki, 5 referendum keçirildiyini xatırladan AVCİYA təmsilçisi 1991-ci ildən bu günə kimi seçki texnologiyaları üzrə təkmilləşmə aparıldığını deyib.

Milli Məclisin (MM) Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov Azərbaycan Seçki Məcəlləsinin müasir və beynəlxalq standartlara uyğun gəldiyini, onun təkmilləşdirilməsi istiqamətində mütəmadi addımlar atıldığını deyib. Avropa ölkələrində seçki təbliğatı-təşviqatı üçün maksimum 70 gün ayrıldığını qeyd edən millət vəkili, Azərbaycanın da bu standartları özündə tətbiq etdiyini açıqlayıb.
Ə. Hüseynov Belçikada tətbiq olunan elektron səsvermə praktikasını müsbət xarakterizə edib və haçansa Azərbaycanda da bu sistemə keçidin mümkünlüyünü söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR