Bank Of Baku

Əli Hüseynov: “Vətəndaşın şəxsiyyət vəsiqəsi etibarlılıq müddəti başa çatan vaxt dəyişdirilməlidir”

Əli Hüseynov: “Vətəndaşın şəxsiyyət vəsiqəsi etibarlılıq müddəti başa çatan vaxt dəyişdirilməlidir”
# 15 oktyabr 2010 10:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Qanunvericilikdə açıq şəkildə göstərilib ki, vətəndaşın şəxsiyyət vəsiqəsi etibarlılıq müddəti başa çatan vaxt dəyişdirilməlidir. İmzatoplama kampaniyası zamanı namizəd olmaq istəyən şəxslərin buna diqqət yetirməsi vacib idi”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə işçi qrupun “Seçki prosesində yeni texnologiyaların tətbiqi: beynəlxalq və milli təcrübə” mövzusunda keçirdiyi tədbirdə deyib. O bildirib ki, bu məsələ ilə bağlı yaranmış problemdən məlumatlıdır: “Azərbaycan qanunvericiliyində etibarlılıqla bağlı xüsusi müddəa var. Namizəd olmaq istəyən şəxslər bu məsələdə diqqətli olmalıdır. Şəxsiyyət vəsiqəsinin üzərində etibarlılıq müddəti göstərilməsə də, yaş həddi qanunla təsbit olunub və bundan hamı məlumatlıdır”.

Ə. Hüseynov hesab edib ki, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı məsələdə məsuliyyət müvafiq dövlət qurumu ilə yanaşı, vətəndaşın da üzərinə düşür: “İmzatoplama kampaniyası zamanı yaranan problem və sonda vətəndaşın namizəd kimi qeydə alınmaması şəxsin hüquqlarının pozulması, o cümlədən cəzalandırılması demək deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR