Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri ATƏT Parlament Assambleyasının müşahidə missiyasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Milli Məclisinin sədri ATƏT Parlament Assambleyasının müşahidə missiyasının nümayəndə heyətini qəbul edib
# 15 oktyabr 2010 14:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanda parlament seçkiləri üzrə ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın qanunvericilik orqanına seçkilərin demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi üçün müvafiq hüquqi baza yaradıldığını deyən O. Əsədov bildirib ki, seçkiləri müşahidəçi kimi izləyəcək missiyanın üzvləri prosesin gedişi zamanı buna əmin olacaqlar: “Biz beynəlxalq müşahidəçilərin prosesə obyektiv mövqedən yanaşaraq, düzgün qiymət verəcəklərinə inanırıq”.

V. Qrossruk isə deyib ki, səfər zamanı parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyəti öyrənmək, prosesin gedişini izləmək, Azərbaycan siyasətçiləri ilə görüşlər keçirmək niyyətindədirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR