Bank Of Baku

Bahar Muradova: “Təəssüf ki, Ermənistanın işğalı ucbatından Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçki keçirə bilmirik”

Bahar Muradova: “Təəssüf ki, Ermənistanın işğalı ucbatından Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçki keçirə bilmirik”
# 15 oktyabr 2010 14:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın seçkiqabağı müşahidə missiyasının üzvləri ilə görüşüb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

B. Muradova bildirib ki, qarşıdakı parlament seçkilərinin azad, ədalətli, şəffaf keçirilməsi, vətəndaşların öz iradəsini sərbəst surətdə ifadə etməsinə şərait yaradılıb. O, Dağlıq Qarabağda məskunlaşmış erməni əsilli Azərbaycan vətəndaşlarının seçkidən kənarda qaldıqlarını vurğulayıb: “Təəssüf ki, Ermənistanın işğalı ucbatından Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçki keçirə bilmirik. Bütün bunların səbəbi Ermənistanın təcavüzkar siyasəti və Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdləridir”.

V. Qrossruk qarşıdakı parlament seçkiləri ilə əlaqədar fikirlərini bölüşüb və seçkilərin azad və ədalətli keçiriləcəyinə ümidvar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR