Bank Of Baku

“Milli Məclisə seçkilərə dair bələdçi” kitabının təqdimatı olub - FOTO

“Milli Məclisə seçkilərə dair bələdçi” kitabının təqdimatı olub -<font color=red> FOTO</font>
# 16 oktyabr 2010 15:54 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran şəhərindəki “Hüquqi yardım” İctimai Birliyinin (İB) ofisində “Milli Məclisə seçkilərə dair bələdçi” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, QHT nümayəndələrinin və KİV əməkdaşlarının qatıldığı tədbiri giriş sözü ilə kitabın müəllifi, “Hüquqi yardım” İB-nin sədri İlqar Qasımov açaraq, yeni nəşrin Milli Demokratiyaya Dəstək Fondunun maliyyə yardımı ilə ərsəyə gəldiyini bildirib.

Qeyd olunub ki, 4 fəsildən ibarət olan kitabda Milli Məclisə seçkilərə dair Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq normalarının şərhləri verilməklə yanaşı, bu normalara aid digər qanunvericilik aktları haqqında praktiki materiallar yer alıb. “Qanun” nəşriyyatında çapdan çıxmış kitabda həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki prinsipləri, vətəndaşların seçki hüquqları, səsvermə qaydaları, seçki qanunvericiliyini pozmağa görə inzibati və cinayət məsuliyyəti və s. məsələlər barədə də ətraflı bilgi verilib.

Sonda yeni kitab tədbir iştirakçılarına pulsuz paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR