Bank Of Baku

QAT Türkiyədə “Qarabağa azadlıq” tələbi ilə keçirilən aksiya iştirakçılarına müraciət göndərib

QAT Türkiyədə “Qarabağa azadlıq” tələbi ilə keçirilən aksiya iştirakçılarına müraciət göndərib
# 18 oktyabr 2010 10:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyənin İğdır şəhərində Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi tərəfindən “Qarabağa azadlıq” tələbi ilə keçirilən aksiya iştirakçılarına müraciət göndərib. QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə aksiya iştirakçılarının təşəbbüsü və hərəkətləri təqdir edilib: “Biz sizin təşəbbüsünüzü dəstəkləyir, fədakarlığınızı alqışlayırıq. Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin fəaliyyətini izləyirik. Bilirik ki, bu qurum ermənilərin əsassız iddialarının dəf edilməsi, erməni saxtakarlığının ifşa olunması, Qarabağın azadlığı yolunda ciddi və yorulmadan fəaliyyət göstərir, tədbirlər keçirir, dünya birliyinin həqiqətləri bilməsi və ədalətli mövqe tutması üçün əllərindən gələni edirlər”.

Müraciətdə türk dünyasının bu aksiya ilə həmrəy olacağına da ümid ifadə edilib: “Biz sizin keçirdiyiniz aclıq aksiyasını türk dünyasının həmrəyliyinin nümayiş etdirilməsi, düşmənlərimizin qarşısında vahid birliyimizin göstərilməsi kimi dəyərləndiririk. Düşmən bilməlidir ki, Azərbaycan və Anadolu türklərinin birliyini heç nə və heç kim poza bilməz, bu birlik nəticəsində biz bütün düşmənlərimizə qalib gələcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR