Bank Of Baku

AXCP sədrinin müavinləri və Ali Məclis sədri seçilib

AXCP sədrinin müavinləri və Ali Məclis sədri seçilib
# 18 oktyabr 2010 12:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. AXCP Ali Məclisinin iclası keçirilib. AXCP sədrinin müavini Nurəddin Məmmədlinin APA-ya verdiyi məlumata görə, Ali Məclisin partiyanın sonuncu qurultayından sonra keçirilən ilk toplantısında təşkilati məsələlər və ölkədə seçkiqabağı vəziyyət müzakirə edilib.

Təşkilati məsələlər sırasına AXCP-nin sədr müavinlərinin təyinatları ilə bağlı sədrin təqdimatlarının təsdiqlənməsi, Ali Məclisə ½ tərkibdən üzvlərin, Ali Məclis sədrinin və müavinlərinin, Ali Məclisin Rəyasət Heyətinə üzvlərin seçilməsi daxil olub.

Ali Məclis sədri vəzifəsinə Həsən Kərimov seçilib. Partiya sədri Əli Kərimlinin təqdimatı ilə Gözəl Bayramlı, Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı, Razi Nurullayev, İbrahim Vəliyev, Kamil Vəli Nərimanoğlu və Asəf Quliyev isə AXCP sədrinin müavini vəzifələrinə təsdiqləniblər.

Qeyd edək ki, yalnız Gözəl Bayramlı AXCP sədrinin yeni müavini sayılır. Digər şəxslər partiyanın qurultayına qədər də partiya sədrinin müavinləri olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR