Bank Of Baku

“Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə” adlı kitabın təqdimatı keçirilib

“Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə” adlı kitabın təqdimatı keçirilib
# 20 oktyabr 2010 09:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Söz Azadlığını Müdafiə Fondu “Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə” adlı kitabın təqdimatını keçirib. APA-nın məlumatına görə, fondun icraçı direktoru Vüqar Tofiqli deyib ki, kitabda seçki hüququ, səsvermə qaydaları, seçkiqabağı təşviqat zamanı KİV-in əsas vəzifələri, seçki kampaniyasında jurnalistlərin iştirakının beynəlxalq təcrübəsi, o cümlədən Rusiya, Avropa ölkələrinin seçki praktikaları barədə məqalələr yer alıb. V. Tofiqli bildirib ki, kitab həm jurnalistlər, həm də seçkidə iştirak edən namizədlər üçün maraqlı və lazımlı ədəbiyyatdır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı təmsil etdiyi qurumun parlament seçkilərində “exit-poll” keçirməyəcəyini, yalnız məntəqələrdə müşahidə missiyasının həyata keçirəcəyini söyləyib. AVCİYA əvvəlcə seçki mühiti barədə aralıq hesabatını açıqlayacaq, seçki günü ölkə üzrə 4400 məntəqədə müşahidə missiyasını həyata keçirəcək, bir neçə gün sonra isə yekun hesabatını mediaya təqdim edəcək.

M. Zülfüqarlı 5 min nüsxədə seçki ilə bağlı yaddaş kitabçasının nəşr ediləcəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR