Əli Hüseynov: “Viza rejimi ilə bağlı yeni qaydaların tətbiqinin seçki prosesi ilə əlaqələndirilməsi məntiqsizlikdir” - MÜSAHİBƏ
- Qeyd etməliyəm ki, bu məsələ müxalifət mətbuatında süni surətdə və provakasion xarakterli yazılarla şişirdilib. Belə fikir müəllifləri prezident fərmanının mütərəqqi mahiyyətindən ya bixəbərdirlər, ya da bilərəkdən yanlış fikirlər yayırlar.
- Bəzi insanlar tətbiq olunan yeni qaydaları seçki ilə əlaqələndirirlər. Fərmanın əsl mahiyyətini izah edə bilərsiniz?
- İlk növbədə qeyd edim ki, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman sentyabrın 13-də imzalanıb və yeni qaydaların tətbiq olunacağı artıq bu zamandan məlum idi. Yəni, indi bu qaydaların hansısa bir siyasi proseslə, daha dəqiqi seçki ilə əlaqələndirilməsi məntiqsizlikdir.
Hazırda Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Azərbaycan iqtisadi proyektlərin, beynəlxalq ictimai-siyasi tədbirlərin ən çox keçirildiyi bir ölkədir. Məhz buna görə də Azərbaycana gələn rəsmi şəxslərin, iş adamlarının, turistlərin sayı ilbəil artmaqdadır. Təsadüfi deyil ki, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı son illər kompleks tədbirlər həyata keçirilib, Dövlət Miqrasiya Xidməti yaradılıb, vahid miqrasiya informasiya sistemi formalaşıb. Bu fərmanın məqsədi ilk növbədə miqrasiya idarəetmə sistemində dünyanın əksər inkişaf etmiş və təhlükəsizliyinə önəm verən ölkələrdə mövcud olan qaydaların tətbiqidir. Eyni zamanda, fərman 24 iyun 2008-ci il tarixdə Milli Məclis tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi ilə bağlıdır. Bu qanunla ”Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “İmmiqrasiya haqqında” və bir sıra digər qanunlara əhəmiyyətli dəyişikliklər edilib. Bununla bir daha vurğulamaq istəyirəm ki, yeni qaydalar son illərdə miqrasiya sahəsində apardığımız həm qanunvericilik, həm də praktik tətbiqinin məntiqi nəticəsidir.
Fərmanın qüvvəyə mindiyi 15 oktyabr və sonrakı bir neçə gündə yaranmış texniki problemlər isə yeni qaydalara, yeni proseduralara uyğunlaşmaqla bağlı olub. Artıq bu məsələlər müvafiq orqanların çevikliyi nəticəsində həllini tapıb.
- Nə üçün bu qaydalar əvvəllər tətbiq edilməyib?
- Mən artıq qeyd etdim ki, vahid miqrasiya idarəetmə sistemi ancaq son zamanlar yaradılıb. Eyni zamanda, məhz son illər Azərbaycanın bir çox xarici ölkələrdə də yeni səfirlikləri və konsulluqları açılıb. Hazırda dünyanın müxtəlif regionlarında 59 səfirlik və 12 konsulluğumuz fəaliyyət göstərir. Bunların çoxu bir yox, bir neçə ölkə ilə əlaqələrimizə cavabdehdirlər. Bu yaxınlarda yeni səfirliklərin də açılacağı gözlənilir. Beləliklə, dünyanın bütün regionları ilə Azərbaycanın diplomatik əlaqələri mövcuddur. Bu səfirlik və konsulluqlar yaxşı maddi-texniki təminata malikdirlər və orada peşəkar diplomatlar çalışırlar. Deməli, vizaların rəsmiləşdirilməsi ilə bağlı yeni proseduraların tətbiqində heç bir problem olmayacaq. Bir sözlə, yeni proseduraların tətbiqi üçün müvafiq strukturlar və mexanizmlər artıq mövcuddur.
- Bəs onda belə bir ajiotaj nədən yaranıb?
- Düzü, bu məsələ bizi də təəccübləndirdi. Məgər hər hansı bir Azərbaycan vətəndaşı hər hansı bir Avropa ölkəsinə həmin ölkənin aeroportunda viza almaqla daxil ola bilərmi? Bunu heç Azərbaycanda diplomatik pasporta malik olan şəxslər də edə bilməzlər. Ümumi qayda belədir ki, öncədən səfirlik və konsulluqlara müraciət olunur, viza əldə olunur və ancaq bundan sonra xarici ölkəyə getmək mümkündür. İndi Azərbaycan qanunvericiliyi də bir çox ölkələrdə mövcud olan bu normaları tətbiq edib və burda təəccüblü heç nə yoxdur. Əlbəttə biz dünyanın inkişaf etmiş ölkələri ilə qarşılıqlı vizasız gediş-gəlişdə maraqlıyıq. Təsadüfi deyil ki, son dövrdə Avropanın bir sıra ölkələri ilə diplomatik və xidməti pasport daşıyıcıları üçün vizasız gediş-gəlişlə bağlı müqavilələr imzalanıb və parlamentdə ratifikasiya olunub. Bu siyasətimiz gələcəkdə də davam etdiriləcək.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir
Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb
ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
UEFA Avropa Liqası: “Beşiktaş” böyük hesablı qələbə qazanıb
Makron Fransada yanacağın qiymətlərini dözülməz adlandırıb
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün viza verib
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq